Mərkəz direktoru: “ABAD”da keramika sənəti üzrə ustad dərsləri keçirilir”

Mərkəz direktoru: “ABAD”da keramika sənəti üzrə ustad dərsləri keçirilir” “Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir”.
Sosial müdafiə
31 Oktyabr , 2022 13:30
Mərkəz direktoru: “ABAD”da keramika sənəti üzrə ustad dərsləri keçirilir”
Rüfət Elçiyev

“Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Rüfət Elçiyev deyib.

O bildirib ki, “ABAD” publik hüquqi şəxsin yaratdığı keramika mərkəzləri ölkəmizin, eləcə də regionun unikal bir yaradıcılıq platformasıdır:

“2018-2019-cu illərdə "PAŞA Holding"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan dilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır".

“Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərini ərsəyə gəlməsinə dəstək verir. Hazırda Mərkəzdə on əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır", - direktor vurğulayıb.

Qeyd edək ki, Mərkəzdə yaradılmış şəraitdən və “ABAD” xidmətlərindən yararlanmaqla “ART Factory” adlı yeni “ABAD”çı müəssisə formalaşıb. “ABAD”çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir.

Son xəbərlər

Orphus sistemi