Məişət zorakılığına məruz qalmış şəxslərlə bağlı təlimat hazırlanıb

Məişət zorakılığına məruz qalmış şəxslərlə bağlı təlimat hazırlanıb "Hazırda qadınlara qarşı zorakılıq və ya məişət zorakılığı qurbanları üçün minimum standartlara cavab verən tibbi, hüquqi, psixoloji, sığınacaq və digər xidmətlər Azərbaycanın regionlarında və kəndlərində demək olar ki, mövcud deyil".
Sosial müdafiə
7 Dekabr , 2022 11:28
Məişət zorakılığına məruz qalmış şəxslərlə bağlı təlimat hazırlanıb

"Hazırda qadınlara qarşı zorakılıq və ya məişət zorakılığı qurbanları üçün minimum standartlara cavab verən tibbi, hüquqi, psixoloji, sığınacaq və digər xidmətlər Azərbaycanın regionlarında və kəndlərində demək olar ki, mövcud deyil".

"Report" xəbər verir ki, bu, Məişət zorakılığına məruz qalmış ahıllar və əlilliyi olan şəxslərə xüsusi dəstək proqramlarının həyata keçirilməsinə dair təlimatda öz əksini tapıb.

Təlimatda qeyd edilib ki, Gəncədə olan QHT-nin göstərdiyi sığınacaq xidməti istisnadır.

Vurğulanıb ki, məişət zorakılığı sahəsində olan mövcud məhdud xidmətlərin heç biri (sığınacaqlar da daxil olmaqla) yaşlılara və əlilliyi olan şəxslərə, xüsusilə digər şəxslərin qayğısına ehtiyacı olan şəxslərə uyğunlaşdırılmayıb.

"Hökumətin və QHT-lərin nəzdindəki sığınacaqlar birbaşa olaraq bu qrup şəxslərə xidmətlər göstərmirlər, eləcə də bu şəxslər üçün nəzərdə tutulmuş xüsusi xidmətlər mövcud deyildir", - təlimatda bildirilib.

Qeyd edək ki, təlimat Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və NİRAS tərəfindən həyata keçirilən "Avropa İttifaqı Gender bərabərliyi naminə islahata dəstək xidməti" layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər

Orphus sistemi