Məhbuslar üçün peşə hazırlığı kursları təşkil edilib

Məhbuslar üçün peşə hazırlığı kursları təşkil edilib Bakı. 25 iyun. REPORT.AZ/ Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra əmək bazarına çıxış və məşğulluq imkanları əldə etmələri üçün onların peşə hazırlığına cəlb edilməsi işləri davam etdirilir.
Sosial müdafiə
25 İyun , 2018 17:10
Məhbuslar üçün peşə hazırlığı kursları təşkil edilib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra əmək bazarına çıxış və məşğulluq imkanları əldə etmələri üçün onların peşə hazırlığına cəlb edilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Nazirlik və Ədliyyə Nazirliyi ilə birgə Tədbirlər Planına uyğun olaraq, Bakının Xətai rayonundakı cəzaçəkmə müəssisəsində daha 32 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edib.

Həmin şəxslərdən 16 nəfərinə avtomobillərin təmiri üzrə çilingər, qalan 16 nəfərinə isə tornaçı peşələri öyrədiləcək.

Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə penitensiar müəssisələrin peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər xarrat, tornaçı, aşbaz köməkçisi, avtomobillərin təmiri üzrə çilingər peşələri üzrə ümumilikdə 8 kurs təşkil edilib. Bu kurslara penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan 167 nəfər şəxs cəlb edilib. Kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilib.

Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan insanların müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilir. Cari ilin ilk rübündə bu təbəqədən olan 1636 nəfər şəxsin hər birinə 520 manat məbləğində birdəfəlik müavinət verilib. 

Son xəbərlər

Orphus sistemi