Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib

Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib Bakı. 10 sentyabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib.
Sosial müdafiə
10 Sentyabr , 2018 18:54
Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib.

"Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyindən "Report"a verilən məlumata görə, bununla bağlı Bakı şəhərində, Ağdam və Bərdə rayonlarında “Məcburi köçkün yeniyetmələrinin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərşivəsində tərtib olunmuş xüsusi sorğu test və proyektiv metodlarla məcburi köçkün məktəblərində oxuyan yeniyetmələrin psixi vəziyyəti qiymətləndirilib və onların sosial-psixoloji uyğunlaşması ilə bağlı tövsiyələr hazırlanıb.

Tədqiqata Bakı şəhərində, Bərdə və Ağdam rayonlarında məskunlaşan 259 nəfəri oğlan və 251 nəfəri qız olmaqla, ümumilikdə, 510 məcburi köçkün yeniyetmə cəlb olunub. Tədqiqat zamanı müəyyənləşdirilib ki, digər yeniyetmələrlə müqayisədə məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında ciddi fərqlər var. Belə ki, onların sosial-psixoloji uyğunlaşmasında özünə inamın olmaması, özünə qapanma, həyacan, təşviş, empatiyanın, emosinal özünüifadənin aşağı səviyədə olması, qeyri-adekvat özünüqiymətləndirmə kimi bir sıra problemlər özünü biruzə verir.

Məcburi köçkün ailələrində böyüyən yeniyetmələrdə frustrasiya, rigidliliyə və aqressiyaya daha çox meylilik var. Bu, öz növbəsində, yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına mane olur.

Aparılmış tədqiqatın nəticələri əsasında bir sıra təklif və tövsiyələr irəli sürmək mümkündür: Sosial- psixoloji adaptasiyanı düzgün istiqamətə yönəltmək üçün yeniyetmələrin yaş və fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Yeniyetməlik yaş dövrünə uyğun olaraq əlverişli sosial-psixoloji mühitin yaradılması ( müxtəlif dərnəklərin, mədəni tədbirlərin, əyləncəli və intellektual oyunların, elmi disputların v.s. təşkili); Məcburi köçkün yeniyetmələrin valdeynlərlə birgə asudə vaxtının səmərəli təşkili; Koreksiyaedici təlim və proqramların tərtibi və yeniyetmələrin şəxsi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi; Sağlam həyat tərzinin təbliği və marifləndirmə işlərinin görülməsi; Məcburi köçkün məktəblərində psixoloji xidmət proqramına sosial-psixoloji uyğunlaşma ilə bağlı məsələlərin daxil edilməsi, proqramların hazırlanmnası.

Son xəbərlər

Orphus sistemi