Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.
Sosial müdafiə
22 Mart , 2019 12:54
Azərbaycanda mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.

Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Son xəbərlər

Orphus sistemi