Lənkərandа “Zərərli vərdişlərə qarşı mübarizə: Uşaqların gözü ilə” rəsm sərgisi keçirilib - FOTO

Lənkərandа “Zərərli vərdişlərə qarşı mübarizə: Uşaqların gözü ilə” rəsm sərgisi keçirilib - FOTO Yeniyetmə rəssamların bir neçəsi diplomla təltif olunub
Sosial müdafiə
29 Mart , 2017 11:52
Lənkərandа “Zərərli vərdişlərə qarşı mübarizə: Uşaqların gözü ilə” rəsm sərgisi keçirilib - FOTO
Report.az

Lənkəran. 29 mart. REPORT.AZ/ Lənkəran şəhərində  “Zərərli vərdişlərə qarşı mübarizə: Uşaqların gözü ilə” rəsm sərgisi keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, gənc nəslin maarifləndirilməsi, pis vərdişlərə olan aludəçiliyin qarşısının alınmasına xidmət edən tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) təşəbbüsü ilə keçirilib. 

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə məktəbli rəssamların "Narkotik vasitələrə aludəçiliyin yaranma səbəbləri", "Gənc nəsil arasında son vaxtlar sürətlə yayılan tütün məhsullarından istifadə", "Sərxoşluq və onun fəsadları", "Təhsildən yayınmanın gənc nəslin həyatında yaratdığı boşluqlar" mövzularına dair 50-yə yaxın rəsm işləri sərgilənib.

Lənkəran ŞRPŞ-nın Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru polis baş leytenantı Pərviz Şükürov qeyd edib ki, belə tədbirlər gənc nəslin dövlət qarşısındakı vəzifələri baxımından məsuliyyətlərinin artmasına kömək edir: "Dövlətin uğurlа həyata keçirdiyi uşaq və gənclər siyasətinin təməl prinsipində dəyişilməz bir qayə dayanır ki, bu da gələcək nəslin yüksək fiziki və mənəvi inkişafına nail olmaqdır. Bu isə öz növbəsində xalqın və dövlətin inkişafına xidmət edən amil kimi qiymətləndirilməlidir. Lakin, еlm və texnologiyanın inkişafi ilə əlaqədar qloballaşan dünyaya inteqrasiya edən ölkəmiz kənardan gələn yad təsirlərdən yan keçə bilmir. Belə yad təsirlər çox zaman tam mənəvi-psixoloji inkişafı formalaşmayan yetkinlik yaşına çatmayan uşaqlar arasında daha sürətlə yayılmaq imkanına malik olur. Hal-hazırda cəmiyyətimizdə milli mental dəyərlərimizə yad olan vərdişlərin yetkinlik yaşına çatmayan uşaqlar arasında yayılması müşahidə olunmaqdadır ki, bu da bizim üçün həyəcan təbili çalmaya bilməz".

Sonda rəsm sərgisində iştirak edən yeniyetmə rəssamların bir neçəsi Lənkəran ŞPRŞ-nın rəhbərliyi tərəfindən diplomla təltif olunub. 

Son xəbərlər

Orphus sistemi