Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO

Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO Şənlikdə rayon ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər
Sosial müdafiə
18 Mart , 2017 18:26
Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO

Lənkəran. 18 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə Lənkəranda silsilə tədbirlər keçirilib. Bugünkü ümumrayon şənliyi daha möhtəşəm olub.

"Report"un Cənub bürosunun məlumatına görə, dəmiryolu vağzalının qarşısındakı meydanda təşkil olunan Novruz şənliyində rayon rəhbərliyi, idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Bayram şənliyinə gələnlər yerli ustaların düzəltdikləri xalq sənətkarlığı nümunələri, eləcə də yeniyetmə rəssamların əl işləri ilə tanış olublar.

Ənənəvi olaraq Novruz şənliyi Dədə Qorqudun öyüdləri, xalqımıza xeyir-duaları ilə başlayıb. Novruzun rəmzi sayılan Bahar qızı meydana daxil olmaqla yeni günün başlamasının müjdəsini verib.

Daha sonra ŞİH-nin başçısı Taleh Qaraşov bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Novruz bayramının Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynadığını deyən icra başçısı “Novruz”un rəsmi bayram statusu alması və ümumxalq bayramı səviyyəsində geniş qeyd olunmasını müstəqilliyimizin nailiyyətlərindən biri kimi qiymətləndirib.

Bayram tədbirinə rayonun bədii özfəaliyyət kollektivlərinin bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında Bahar qızı, Kosa və Keçəlin çıxışları xüsusi ab-hava qatıb.

Son xəbərlər

Orphus sistemi