Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Sosial müdafiə
17 Yanvar , 2024 12:25
Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

“Report”un cənub bürosunun məlumatına görə, yeni fəaliyyətə başlayan mərkəz ölkə üzrə sayca 27-dir.

Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində 2022-2023-cü illərdə inşa edilmişdir. Mərkəz üçün ayrılmış 2,0 ha ərazidə 3 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılmışdır.

Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir və burada 214 əməkdaş və 40 könüllü çalışacaqdır. Mərkəz video müşahidə kameraları, yanğın söndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, “ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlar ilə təchiz edilib.

Regionda startapların inkişafını təmin etmək məqsədilə burda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək. Burada ASAN İnnovativ İnkişaf Mərkəzinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 13.07.2012-ci il tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Bu mərkəzlərin 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri isə Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan və Naxçıvan MR-da fəaliyyət göstərir.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin bildirdiyinə görə 08.01.2024-cü il tarixinədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil edir.

2013-cü ilin iyun ayından etibarən 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə 2 milyon 930 mindən çox vətəndaşa səyyar qaydada xidmət göstərilib.

“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən 35 mindən çox könüllü bu prosesə qoşulub və onlardan 3300-dən çoxu “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Dövlət Agentliyi 20-dən çox ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracı ilə bağlı müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi