BƏT rəsmisi: “Layiqli əməklə bağlı maneələrin aradan qaldırılması çox vacibdir”

BƏT rəsmisi: “Layiqli əməklə bağlı maneələrin aradan qaldırılması çox vacibdir” “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icra edilməsində qətiyyətlə iştirak edir”.
Sosial müdafiə
27 Noyabr , 2019 11:33
BƏT rəsmisi: “Layiqli əməklə bağlı maneələrin aradan qaldırılması çox vacibdir”

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icra edilməsində qətiyyətlə iştirak edir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyin Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini deyib.

O bildirib ki, Azərbaycan hökumətinin dəstəyi olmasaydı BƏT burada uğurlu layihələr həyata keçirə bilməzdi: “Bu layihənin nəticələri də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak etməsini deməyə əsas verir. BƏT-ə üzv ölkələrdə DİM-ə nail olmaq üçün əmək fəaliyyəti ilə bağlı tədqiqatların aparılması, layiqli əməklə bağlı maneələrin aradan qaldırılması, institusional tərəfdaşlığın qurulması çox vacibdir”.

Xanım Al Xaldinin fikrincə, əməkdaşlıq təcrübəsi, bilik və təcrübə mübadiləsinin aparılması DİM-lərin icrasında çox mühüm rol oynayır: “BƏT-in üzvləri, başqa sözlə “ailə icması” gələcəkdə də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə qədər olan hədəflərini dəstəkləmək üçün öz səylərini əsirgəməyəcəklər. Azərbaycan məhz DİM-in qəbul olunduğu ilk ölkələrdəndir. Azərbaycanda tərəqqi və nailiyyətlərin əldə olunmasına, eləcə də 2030-cu ilə qədər layiqli işin qurulmasına öz dəstəyimizi davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi