​Kürdəmir rayonunda 567 məcburi köçkün ailəsinə yardım edilib

​Kürdəmir rayonunda 567 məcburi köçkün ailəsinə yardım edilib Rayon məhkəməsinin sədri Sulduz Ləzimov çıxış edərək məcburi köçkün ailələrinə bayram arzularını çatdırıblar
Sosial müdafiə
24 Dekabr , 2014 21:29
​Kürdəmir rayonunda 567 məcburi köçkün ailəsinə yardım edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Ədliyyə Nazirliyinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib.

"Report" AzərTAC-a istinadla xəbər verir ki, Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəis müavini Anar Süleymanov, rayon məhkəməsinin sədri Sulduz Ləzimov çıxış edərək məcburi köçkün ailələrinə bayram arzularını çatdırıblar.

Görüşdə 567 məcburi köçkün ailəsinə yardım paylanılıb.

Son xəbərlər

Orphus sistemi