Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər

Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər.
Sosial müdafiə
9 Fevral , 2024 17:57
Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər

Azərbaycanda valideynlərindən birinin himayəsində olan uşağın xaricə aparılması ilə bağlı icazə ləğv oluna bilər.

"Report"un məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsində Ali Məhkəmənin müraciəti əsasında Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılarkən qərar qəbul olunub.

Qərarda deyilir ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

Azərbaycan Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Milli Məclisinə tövsiyə olunub.

Eyni zamanda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyənləşdirilməsi parlamentə tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi