Komitə sədrinin müavini: "Özəl klinikalar aztəminatlı ailələri pulsuz müayinə və müalicə etməlidirlər"

Komitə sədrinin müavini: "Özəl klinikalar aztəminatlı ailələri pulsuz müayinə və müalicə etməlidirlər" "Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi üçün qanunvericiliyə dəyişikliklər edilməlidir"
Sosial müdafiə
28 Yanvar , 2016 17:03
Komitə sədrinin müavini: Özəl klinikalar aztəminatlı ailələri pulsuz müayinə və müalicə etməlidirlər

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi üçün qanunvericiliyə, xüsusilə də Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O qeyd edib ki, bu gün ölkədə özəl klinikalara mənfi münasibət var: "Özəl klinikalar deyəndə az qala çoxu bunu soyğunçu bir yer kimi başa düşür. Amma əslində elə deyil. Özəl klinikalarda savadlı səhiyyə mütəxəssisləri, tibbi personal fəaliyyət göstərir. Ona görə də onların əməyini yerə vurmaq olmaz. Əksinə, indiki şəraitdə həmin klinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə də Vergi Məcəlləsinə dəyişiklik yolu ilə həmin özəl klinikalara dəstək olmalıyıq".

Komitə sədrinin müavini eyni zamanda özəl klinikalarda aztəminatlı ailələrin pulsuz müayinə olunması təklifiylə çıxış edib.

Son xəbərlər

Orphus sistemi