"Son illərdə sənədlə yaşı bir qədər azaldılmış nikaha girən qızların sayı azalır".
“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bu sahədə işlərin daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin daha da artırılmasına ehtiyac var: “Bizi narahat edən məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Təhlillər də göstərir ki, qadın və uşaqlar, eləcə də kişilər daha çox ailə üzvləri tərəfindən zorakılığın bu və ya digər formalarına məruz qalırlar”.
Komitə sədri hesab edir ki, yardım mərkəzlərinin sayının artması, müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac var: “Qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”.