Komitə sədri qadınların selektiv aborta məcbur edilməsi və erkən nikahla bağlı vətəndaşlara müraciət edib

Komitə sədri qadınların selektiv aborta məcbur edilməsi və erkən nikahla bağlı vətəndaşlara müraciət edib Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qadınların selektiv aborta məcbur edilməsi və erkən nikahla bağlı vətəndaşlara müraciət edib.
Sosial müdafiə
6 Dekabr , 2023 11:29
Komitə sədri qadınların selektiv aborta məcbur edilməsi və erkən nikahla bağlı vətəndaşlara müraciət edib

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qadınların selektiv aborta məcbur edilməsi və erkən nikahla bağlı vətəndaşlara müraciət edib.

"Report" xəbər verir ki, bu barədə H.Hüseynova dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə qadınları selektiv abortlara məcbur edirlər: "Azərbaycan artıq bir sıra ölkələri qabaqlayıb. Bu, bizə yaraşan haldır? Bizim məqsədimiz budur? Selektiv abortların qarşısının alınması üçün qanunlar qəbul edilib, cərimələr müəyyən olunub. Lakin nəticələr göstərir ki, bunlar icra edilmir. Demək, müdaxilələr var. Cəzalandırma tədbirləri gücləndirilməlidir. İnsanlar arasında ictimai qınaq formalaşmalıdır. Azyaşlı qızların erkən evləndirilməsinə cəmiyyət niyə reaksiya vermir? İnsanlar bu məsələ ilə bağlı gözlərini yumurlar ki, ailədaxili məsələdir, qarışa bilməzlər. Lakin gələcəkdə özləri də belə hallarla qarşılaşa bilərlər. İctimai qınaq güclənsə, vəziyyət dəyişə bilər".

Son xəbərlər

Orphus sistemi