Yuxarı

Komitə sədri: "Qadınlara qarşı törədilən cinayətlərlə bağlı hesabatlardakı rəqəmlər bir-birinə uyğun gəlmir"

Aqiyə Naxçıvanlı: Ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir

Bakı. 18 may. REPORT.AZ/ "Qadınlara qarşı törədilən cinayətlərin statistikasının aparılması təkminləşdirilməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir: "Hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Hərdən başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir. Ona görə də baza təkmilləşdirilməlidir ki, statisika hamıda eyni olsun".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi