Komitə sədri: Özünüməşğulluq proqramı sosial sahədə həyata keçirilən ən uğurlu layihələrdən biridir

Komitə sədri: Özünüməşğulluq proqramı sosial sahədə həyata keçirilən ən uğurlu layihələrdən biridir Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir.
Sosial müdafiə
28 Noyabr , 2024 11:35
Komitə sədri: Özünüməşğulluq proqramı sosial sahədə həyata keçirilən ən uğurlu layihələrdən biridir
Musa Quliyev

Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bunu nəinki vətəndaşlar öz həyatlarında, eləcə də Azərbaycan siyasətçiləri, iqtisadçıları da hiss edirlər.

"Özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək. Dünya ölkələrində özünüməşğulluq layihəsinin icrası əgər son iki il ərzində 50%-in üzərindədirsə, o, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik", - komitə sədri bildirib.

Son xəbərlər

Orphus sistemi