Komitə sədri Cəlilabadda vətəndaşları qəbul edib

Komitə sədri Cəlilabadda vətəndaşları qəbul edib Rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 14 sentyabr 2023-cü il tarixində Cəlilabad şəhərində vətəndaşları q
Sosial müdafiə
15 Sentyabr , 2023 11:47
Komitə sədri Cəlilabadda vətəndaşları qəbul edib

Rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəlilabad şəhərində vətəndaşları qəbul edib.

"Report"un xəbərinə görə, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbul zamanı vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi ilə bağlı suallarını cavablandırılıb, həmin obyektlərin tikintisinin planlı və şəhərsalma qanunvericiliyinin tələbləri çərçivəsində aparılmasının vacibliyi bildirilib.

Həmçinin görüş zamanı sakinlər tərəfindən qaldırılan digər müraciətlər də qeydə alınıb, həlli üçün zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi