Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Qəbul zamanı 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb
Sosial müdafiə
31 İyul , 2015 18:57
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Bakı. 31 iyul. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qax şəhərində Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət edən 241 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi