Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək Qəbulda Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər
Sosial müdafiə
28 Oktyabr , 2015 11:46
Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da Neftçala şəhərində vətəndaşlarla görüşəcək. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəbul Neftçala  rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq.

Görüşdə Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi