Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb

Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.
Sosial müdafiə
626
15 Yanvar , 2022 11:27
Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb

Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.

Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.

Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.

2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi