Keçən il mərkəzləşdirilmiş siyahıda olan 3-16 yaş arası 10 uşaq övladlığa verilib

Keçən il mərkəzləşdirilmiş siyahıda olan 3-16 yaş arası 10 uşaq övladlığa verilib "Risk qrupundan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb"
Sosial müdafiə
7 Mart , 2016 10:11
Keçən il mərkəzləşdirilmiş siyahıda olan 3-16 yaş arası 10 uşaq övladlığa verilib

Bakı. 7 mart. REPORT.AZ/ Son 3 ildə buraxılış imtahanlarının keyfiyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən, 2014-cü ildə 62 faizə, 2015-ci ildə isə 64 faizədək artıb.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, XI siniflərdə müvəffəqiyyət faizi 2012-ci ildə 68 faiz olduğu halda, 2015-ci ildə 74,11 faiz təşkil edib. Beləliklə, 2012-ci ilə nisbətən müvəffəqiyyət faizi IX siniflərdə 11,77 faiz, XI siniflərdə 5,21 faiz artıb.

Bundan başqa, 2015-2016-cı tədris ilində ölkənin pilot olaraq seçilən 58 məktəbində X-XI siniflərdə 4 istiqamət üzrə qeyri-profil fənlərin dərs saatlarının azalması hesabına 176 təmayül sinfi açılıb.

Eyni zamanda, 2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4 milyondan çox nüsxə dərslik və müəllim üçün metodik vəsaitin nəşri və çapı təşkil edilib.

Bununla yanaşı, I siniflər üçün 10 adda 8 min nüsxə, II siniflər üçün 16 adda 82 min nüsxə dərslik çap edilib.

Hesabatda o da bildirilib ki, risk qrupundan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 3-16 yaş arası 10 uşaq övladlığa verilib.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi