Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Sosial müdafiə
1139
15 Yanvar , 2022 13:21
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib

2021-ci ildə 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Son xəbərlər

Orphus sistemi