Yuxarı

Ötən ay DSMF-nin fərdi uçot sistemində 300-dən çox əcnəbi vətəndaş qeydiyyata alınıb

Ümumilikdə, əcnəbilərin 88,3 faizini kişilər, 11,7 faizini isə qadınlar təşkil edir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17.65 faiz artıb. Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Sentyabr ayı ərzində əlavə olaraq 327 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 500 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3 faizini (23 393 nəfər) kişilər, 11,7 faizini (3 107 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 439 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 903 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 578 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (957), Hindistan (924), Çin Xalq Respublikası (843), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (539), Pakistan İslam Respublikası (525), Ukrayna (389), Banqladeş Xalq Respublikası (367), Özbəkistan (266), Almaniya Federativ Respublikası (236), Filippin Respublikası (230), ABŞ (224), Türkmənistan Respublikası (209), Qazaxıstan Respublikası (199), Koreya (189), İtaliya Respublikası (185) və s. ölkələr qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi