Hicran Hüseynova: "Azərbaycanda 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir"

Hicran Hüseynova: "Azərbaycanda 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir" "Qadın dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sosial müdafiə
6 May , 2015 20:09
Hicran Hüseynova: Azərbaycanda 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Qadın dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tədbirdə Komitənin sədri Hicran Hüseynova, Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Milli Məclisin deputatları, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, KİV təmsilçiləri iştirak edib.

Hicran Hüseynova bildirib ki, müsabiqənin əsas məqsədi Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır: "Hazırda qadınların ictimai fəaliyyəti artıb. Ölkədə 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir, çoxu qeyri-hökumət təşkilatdır. Jurnalistlərin qadınların hüquqlarının müdafiəsini əks etdirən məlumatları işıqlandırması çox vacibdir. Məqalələrin qaliblərini münsiflər heyəti seçib. Hər bir jurnalistə iştirak üçün təşəkkür edirik".

Tədbirin sonunda qaliblər mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi