“İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib

“İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib.
Sosial müdafiə
10 İyul , 2024 20:38
“İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə dövlət və özəl sektor nümayəndələri, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları qeyd edib, bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının dəstəklənməsi istiqamətində ardıcıl işlərin aparıldığını bildirib.

İnklüziv cəmiyyət ideyasının dövlət və özəl qurumları korporativ sosial məsuliyyətlilik çərçivəsində öz ətrafında daha sıx birləşdirməsində və cəmiyyətin inkişafında mühüm rolu diqqətə çatdırılıb.

Tədbirdə “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, ilk dəfə daun və autizmli gənclərinin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib, milli ornamentlərə uyğunlaşdırılan xüsusi hazırlanmış geyimlər nümayiş etdirilib.

Layihə çərçivəsində həyata keçirilən 3 komponent üzrə 11 altlayihəyə indiyədək ümumilikdə 17 tərəfdaş, 224 benefisiar və 110 könüllü cəlb olunduğu bildirilib.

Qeyd edək ki, “İnklüzivlik ayı” layihəsi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və korporativ sosial məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.

Selcan Zaurqızı

Son xəbərlər

Orphus sistemi