İlk rüb üçün DSMF-nin xərcləri açıqlanıb

İlk rüb üçün DSMF-nin xərcləri açıqlanıb Bu ilin ilk rübündə DSMF-nin xərcləri 15 faiz və ya 194 mln. manat çox olmaqla 1 mlrd. 494 mln. manat təşkil edib.
Sosial müdafiə
13 Aprel , 2023 11:10
İlk rüb üçün DSMF-nin xərcləri açıqlanıb

Bu ilin ilk rübündə DSMF-nin xərcləri 15 faiz və ya 194 mln. manat çox olmaqla 1 mlrd. 494 mln. manat təşkil edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci rübündə proqnozla müqayisədə 7 faiz və ya 100 mln. manat çox olmaqla 1 mlrd. 561 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-mart aylarında proqnoza nisbətən 9 faiz və ya 101 mln. manat artaraq 1 mlrd. 192 mln. manat olub.

Son 3 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 194 mln. manat artaraq 1 mlrd. 494 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi