Agentlik: İlin sonunadək 5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır

Sosial müdafiə
  • 30 iyun, 2025
  • 11:32
Agentlik: İlin sonunadək 5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır

İlin sonunadək 5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatdırılacaq.

"Agentliyin prioritetlərindən ən əsası sosial xidmətlər şəbəkəsinin genişləndirilməsidir. Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiyası mərkəzləri və günərzi qayğı mərkəzlərinin də sayının artırılması, 30-dan 45-ə çatdırılmasını planlaşdırılır", - deyə Agentlik sədri vurğulayıb.

Onun sözlərinə görə, növbəti aydan respublikanın müxtəlif şəhər və rayonları üzrə əlilliyi müəyyən edilmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti