İlin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq

İlin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq "Son il yarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açı
Sosial müdafiə
6787
18 Yanvar , 2021 16:27
İlin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq

"Son il yarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması planlaşdırılır".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, bununla ilin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq, növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkə boyu genişləndirilməsi davam edəcək: "Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən ildə 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla da təchiz edilmiş bu reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçularımıza, həm də digər əlilliyi olan şəxslərimizə keyfiyyətli xidmətlər göstərəcəklər.

S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib: “Bununla Nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Hədəfimiz də budur ki, reabilitasiya xidmətləri göstərilənlərin illik sayını 30 minə çatdıraq. Qarşıdakı dövrdə bu müəssisələr şəbəkəsi daha da genişləndiriləcək”.

Son xəbərlər

Orphus sistemi