İlham Əliyev: "Bu il şəhid ailələrinə, müharibə əlillərinə mənzil verilməsində rekord göstəriciyə nail olacağıq"

İlham Əliyev: "Bu il şəhid ailələrinə, müharibə əlillərinə mənzil verilməsində rekord göstəriciyə nail olacağıq" "Mən sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilib, mənzillər də çox genişdir və tam təmirlidir. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür".
Sosial müdafiə
416
21 İyul , 2020 19:15
İlham Əliyev: Bu il şəhid ailələrinə, müharibə əlillərinə mənzil verilməsində rekord göstəriciyə nail olacağıq

"Mən sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilib, mənzillər də çox genişdir və tam təmirlidir. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.

Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin daim diqqət mərkəzində olduğunu və son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldüyünü qeyd edən dövlətimizin başçısı deyib: “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”.

Şəhid ailələrinə, müharibə əlillərinə keçən il 934 mənzil verildiyini, bu il isə 1500 mənzil veriləcəyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu proqramın tezliklə başa çatdırılması üçün fəal iş aparılır.

Son xəbərlər

Orphus sistemi