İctimai iş yerləri DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək

İctimai iş yerləri DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək “2021-ci il üçün hədəfimiz özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır”.
Sosial müdafiə
7 Yanvar , 2021 12:38
İctimai iş yerləri DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək

“2021-ci il üçün hədəfimiz özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılan 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib: “Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min iki aylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib”.

S.Babayev qeyd edib ki, dövlət şirkətlərində yaradılan 26 min ictimai iş yerinin də DOST İş Mərkəzinə ötürülməsinə dair işlər icra olunur: “Bu ildən ictimai iş yerləri də DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək. Bütün bu proqramların şəffaflığının, ictimai açıqlığının təmin edilməsi üçün müvafiq elektron portal da yaradılıb. Həm özünüməşğulluq proqramı, həm də ictimai iş yerləri üzrə aktiv şəxs və ya işə cəlb edilən vətəndaşlar haqqında bütün məlumatlar ictimaiyyətə onlayn qaydada açıqlanır və hər kəsin istənilən məlumatı almaq imkanları var”.

“Bu il də pandemiya dövründə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri davamlı olaraq icra ediləcək. Həm sosial xidmət müəssisələrimizin, həm reabilitasiya mərkəzlərimizin şəbəkəsinin genişləndirilməsi ilə daha çox əhaliyə xidmət göstəriləcək. Məşğulluq proqramları ilk növbədə, prioritet əsasda həm işğaldan azad olunan ərazilərdə, həm də onlara yaxın regionlarda üstün şəkildə təmin ediləcək”- deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi