İyul ayında 6 rayonda əmək yarmarkaları keçiriləcək

İyul ayında 6 rayonda əmək yarmarkaları keçiriləcək Bu ilin Dövlət Məşğulluq Xidməti 11 rayonda əmək yarmarkaları təşkil edib
Sosial müdafiə
30 İyun , 2015 11:51
İyul ayında 6 rayonda əmək yarmarkaları keçiriləcək

Bakı. 30 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti iyul ayında ölkənin 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları təşkil etməyi nəzərdə tutub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Xatırladaq ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti 11 rayonda əmək yarmarkaları keçirib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi