"Qadınların ictimai həyatda fəal iştirak etməsi və maliyyə müstəqilliyi böyük əhəmiyyət kəsb edir".
“Report” xəbər verir ki, bunu İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye Bakıda Qadın Resurs Mərkəzi ilə tanışlıq zamanı deyib.
“Qadınların təhsil alması, məlumatlı olması, təlim görməsi, iqtisadi həyatda fəal olmaları cəmiyyətin inkişafı baxımdan müstəsna töhfədir”, - deyə qonaq qeyd edib.
Qeyd edək ki, 2018-2021-ci illər ərzində həyata keçiriləcək "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" proqramı aztəminatlı ailələrdən olan, yaxşı işə düzəlmək üçün müvafiq təhsil almamış qadınlara sahibkarlıq fəaliyyətinə başlamaq və ya onu inkişaf etdirməkdə kömək etməyi nəzərdə tutur. Layihənin ümumi büdcəsi 637 min dollardır və indiyədək bunun 192 min dolları xərclənib.
Xatırladaq ki, Qadın Resurs Mərkəzi Azərbaycan hökuməti ilə












