İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndəsi: "Burada əsas məqsəd qadınların söz sahibi olmasına nail olmaqdır"

İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndəsi: "Burada əsas məqsəd qadınların söz sahibi olmasına nail olmaqdır" Azərbaycan xanımlarının qadın resurs mərkəzlərinə cəlb olunmasında əsas məqsəd onların ailə büdcəsinə gəlir gətirməsi yox, ailədə söz sahibi olmasına nail olmaqdır.
Sosial müdafiə
13 Mart , 2019 17:07
İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndəsi: Burada əsas məqsəd qadınların söz sahibi olmasına nail olmaqdır
İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberli / Report / Firi Salim

"Azərbaycan xanımlarının qadın resurs mərkəzlərinə cəlb olunmasında əsas məqsəd onların ailə büdcəsinə gəlir gətirməsi yox, ailədə söz sahibi olmasına nail olmaqdır".

"Report" xəbər verir ki, bunu Xəzər rayon, Şüvəlan qəsəbəsində fəaliyyətə başlayan Qadın Resurs Mərkəzinin açılışında İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberli deyib.

O bildirib ki, qadınların resurs mərkəzlərinə cəlb olunması ilə onların sahibkarlıq fəaliyyəti təkmilləşdiriləcək: "Bu məşğuliyyət ailə büdcəsinə əlavə gəlir gətirmək demək deyil. Burada əsas məqsəd qadınların söz sahibi olması və əmək fəaliyyətini, bacardıqlarını nümayiş etdirməsidir. Azərbaycanla əməkdaşlıq etdiyimiz illər ərzində onu müşahidə etmişik ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması digər xanımlar üçün də nümunə rolunu oynayır".

S.Haberlinin sözlərinə görə, qadınlara aid məsələ təkcə gender probleminə aid deyil, bu, bütün sahələrin problemidir: "Ən əsas da iqtisadiyyatın problemlərindəndir. Çünki qadınların ölkə əhalisinin yarıdan çoxunu təşkil etdiyini görəndə problemin əslində iqtisadiyyata necə mənfi təsir göstərdiyini görmək mümkündür. Ona görə də qadın resurs mərkəzlərinin fəaliyyətə başlaması bu problemlərin qarşısının alınmasına köməkliklər göstərəcək".

Son xəbərlər

Orphus sistemi