​“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərara dəyişikliklər edilib

​“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərara dəyişikliklər edilib Nazirlər Kabineti müvafiq qərar qəbul edib
Sosial müdafiə
5 İyul , 2016 01:18
​“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərara dəyişikliklər edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərarına dəyişikliklər edilib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərar “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Qərara aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci hissənin ikinci abzasından “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə” sözləri çıxarılsın.

2. 5-ci və 10-cu hissələrdə “Dövlət Sosial Müdafiə Fondu tərəfindən” sözləri “Dövlət Sosial Müdafiə Fondundan” sözləri ilə əvəz edilsin.

3. 6-cı hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.

4. 8-ci hissədən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu,” sözləri çıxarılsın.

5. 10-cu hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

6. 11-ci hissənin ikinci abzasına “düzgün aparılmasına və” sözlərindən sonra “vaxtında maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin və dördüncü abzası ləğv edilsin.

Son xəbərlər

Orphus sistemi