İsrailli təlimçi Bakıda qadınların özünümüdafiəsi üzrə master-klass keçib - FOTO

İsrailli təlimçi Bakıda qadınların özünümüdafiəsi üzrə master-klass keçib - FOTO Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qadın zorakılığına qarşı mübarizə həftəsinə həsr olunmuş tədbir keçirilib.
Sosial müdafiə
5 Dekabr , 2018 15:32
İsrailli təlimçi Bakıda qadınların özünümüdafiəsi üzrə master-klass keçib - FOTO

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qadın zorakılığına qarşı mübarizə həftəsinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, eləcə də İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberg iştirak edib.

Tədbir iştirakçıları qeyd ediblər ki, bu gün qadınlara qarşı şiddət tətbiq edilməsi ehtimalının azaldılması üçün qadınlarla kişilərə bərabər hüquqların təmin edilməsi çox vacibdir. Bu baxımdan, idman həm qadınların sosiallaşması, həm də özünümüdafiə elementidir.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan bu məsələyə, o cümlədən də idman sahəsində böyük diqqət göstərir. Belə ki, qurumda kişi idmançılarla qadın idmançılar arasında balans prinsipial məsələdir.

A.Rozenberq qeyd edib ki, Azərbaycanın təhlükəsiz ölkə olmasına baxmayaraq, qadınların özlərini müdafiə etmə qabiliyyəti onlara öz hüquqlarını müdafiə etmək üçün daha çox imkanlar verir. O, qonaqlara həmçinin dünyanın 100-dən çox ölkəsində qadın və uşaqlar arasında özünümüdafiənin populyar növü olan İsrailin Krav maqa döyüş sənəti haqqında məlumat verib.

Ardından Krav maqa Federasiyasının təlimçisi Lilaç Şiff İdman Akademiyasının qadın tələbələri üçün master-klass keçib, onalara özünümüdafiənin baza fəndlərini nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi