İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkib Bakı. 16 aprel. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkib.
Sosial müdafiə
16 Aprel , 2018 15:03
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkib

Bakı. 16 aprel. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkib.

Komitədən "Report"a verilən məlumata görə, Təşkilatın eksperti Ramin Hüseynov və müşahidəçi Samir Əzimov Mərkəzdə monitorinq aparıb.

Samir Əzimov bildirib ki, mərkəzdə 99 nəfər qeydiyyatdadır: "Onların 4 nəfəri icazəli idi. Biz yeməkxana, yataq otaqları, siniflərə baxdıq, hər şey tam qaydasında idi. Heç bir qayda pozuntusu aşkar olunmadı".

Son xəbərlər

Orphus sistemi