İşəgötürənlərin gecikdirdiyi 100 min manata yaxın sosial xarakterli ödəniş işçilərə ödənilib

İşəgötürənlərin gecikdirdiyi 100 min manata yaxın sosial xarakterli ödəniş işçilərə ödənilib Bakı. 13 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə və obyektiv şəkildə araşdırılaraq işçilərin əmək hüquqlarının müdafiəsi, o cümlədən əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması üçün aidiyyəti işlər görülür.
Sosial müdafiə
13 Noyabr , 2017 20:20
İşəgötürənlərin gecikdirdiyi 100 min manata yaxın sosial xarakterli ödəniş işçilərə ödənilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə və obyektiv şəkildə araşdırılaraq işçilərin əmək hüquqlarının müdafiəsi, o cümlədən əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması üçün aidiyyəti işlər görülür.

Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-oktyabr aylarında işəgötürənlərin gecikdirdiyi sosial xarakterli ödənişlərdən ibarət 96 360 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 93,2 faizi gecikdirilmiş əmək haqlarından, 4,1 faizi işəgötürənlərin ödəməli olduqları sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Yanvar-oktyabr aylarında Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad olunduqları aşkar edilib və onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Həmçinin cari ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı standartlar barədə məlumatlandırma işləri, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib.

Son xəbərlər

Orphus sistemi