​İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşları qəbul edəcək Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev avqustun 28-də Qusar şəhərində Quba, Qusar və X...
Sosial müdafiə
25 Avqust , 2014 16:54
​İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşları qəbul edəcək
Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev avqustun 28-də Qusar şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-42), (055) 227-02-62 nömrəli telefonlar (əlaqələndirici şəxs - Qumru Əsgərova), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilər.

Son xəbərlər

Orphus sistemi