“İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib

“İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib.
Sosial müdafiə
16 Yanvar , 2018 16:52
“İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib
Report

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) ölkədə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərdən danışıb.

MEK-in direktoru Leyla İmanova Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. 

Ombudsman Elmira Süleymanova Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində görülən işləri diqqətə çatdırıb, MEK-də sənədlərin toplanılmasının, qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib. O, rəhbərlik etdiyi qurumun elektron nəşrlərinin MEK-ə təqdim olunmasının informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.

Sonra Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyası MEK-ə təqdim olunub.

Tədbir mövzu ətrafında məruzələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi