"Himayədar ailə" modeli ilə bağlı yeni altsistem istifadəyə veriləcək

"Himayədar ailə" modeli ilə bağlı yeni altsistem istifadəyə veriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Himayədar ailə" modelinin tətbiqi ilə bağlı "Gatekeeping” (Himayədar ailə) altsisteminin hazırlanması işləri artıq yekunlaşır.
Sosial müdafiə
15 İyul , 2022 11:20
Himayədar ailə modeli ilə bağlı yeni altsistem istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Himayədar ailə" modelinin tətbiqi ilə bağlı "Gatekeeping” (Himayədar ailə) altsisteminin hazırlanması işləri artıq yekunlaşır.

Nazirlikdən "Report"a verilən məlumata görə, altsistem “e-sosial” internet portalı tərkibində yaradılır və yaxın vaxtlarda istifadəyə veriləcək.

Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə veriləcək uşaqların vahid uçotu bu altsistem vasitəsilə həyata keçiriləcək. Himayədar ailə institutu valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın ailə mühitində yaşaması və inkişafına xidmət edəcək. Bu model beynəlxalq təcrübədə geniş tətbiq olunur.

Qeyd edək ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı proseslərin uçotu hazırda e-qaydada aparılır.

Son xəbərlər

Orphus sistemi