Hicran Hüseynova vətəndaşları qəbul edib

Hicran Hüseynova vətəndaşları qəbul edib Qəbulda Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam rayonlarının sakinləri iştirak ediblər
Sosial müdafiə
19 Fevral , 2016 16:34
Hicran Hüseynova vətəndaşları qəbul edib

Bakı. 19 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beyləqan rayonunda vətəndaşları qəbul edib. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbulda əlil uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərlə bağlı Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı komitə sədri xanım Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, Beyləqan rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, eyni zamanda müraciətləri qeydə alınıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və ehtiyac yaranarsa, lazımi köməkliyin göstəriləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi