Hicran Hüseynova: "Təhsildən yayınan qızlar bir çox hallarda erkən nikaha məcbur olunurlar"

Hicran Hüseynova: "Təhsildən yayınan qızlar bir çox hallarda erkən nikaha məcbur olunurlar" "Hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunurlar".
Sosial müdafiə
25 Oktyabr , 2023 11:19
Hicran Hüseynova: Təhsildən yayınan qızlar bir çox hallarda erkən nikaha məcbur olunurlar
Hicran Hüseynova

"Hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunurlar".

“Report” xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə tədbir görülməlidir: “Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir. Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən- ilə yüksəlir. Lakin, əlbəttə ki, qarşımızda dayanan vəzifələr var. Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi