Bakı. 25 avqust. REPORT.AZ/
Komitədən "Report"a verilən məlumata görə, qəbulda bu rayonlardan 32 ərizəçi öz problemləri ilə bağlı müraciət edib. H.Hüseynova onların problemlərini dinləyərək bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer tutur.
Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

