​Hicran Hüseynova Qobustanda vətəndaşları qəbul edib

​Hicran Hüseynova Qobustanda vətəndaşları qəbul edib Komitə sədri vətəndaşların problemlərini dinləyib, bir çoxunun məsələləri elə yerindəcə həll edilib
Sosial müdafiə
31 Mart , 2015 20:13
​Hicran Hüseynova Qobustanda vətəndaşları qəbul edib

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qobustan rayonunda vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, Qobustandakı Gənclər Mərkəzində keçirilən qəbulda bu rayondan, eləcə də Ağsu, Şamaxı, İsmayıllı, Göyçay rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbulda bu rayonlardan olan ailələr öz problemləri ilə bağlı müraciət ediblər. Komitə sədri vətəndaşların problemlərini dinləyib, bir çoxunun məsələləri elə yerindəcə həll edilib. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, erkən nikah, məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinat, sağlamlıq, övladlığa götürülmə və digər məsələlr yer tutur. Eyni zamanda, komitənin fəaliyyətinə və səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Qəbul zamanı rayon sakinləri tərəfindən təkliflər və müraciətlər edilib.

Son xəbərlər

Orphus sistemi