Hicran Hüseynova: "Qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir"

Hicran Hüseynova: "Qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir" Bakı. 6 noyabr. REPORT.AZ/ Son 5 ildə Azərbaycanda sağlamlığı məhdud uşaqların sayında artım müşahidə olunur.
Sosial müdafiə
6 Noyabr , 2018 13:03
Hicran Hüseynova: Qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir
Hicran Hüseynova / Report/ Elchin Murad

Bakı. 6 noyabr. REPORT.AZ/ "Son 5 ildə Azərbaycanda sağlamlığı məhdud uşaqların sayında artım müşahidə olunur".

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. 

"Sağlıq imkanları məhdud uşaqların şəraitinin yaxşılaşdırılması vacib məsələdir. 2017-ci ilin yekununda ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 71 934 nəfər olub. Bu bütün uşaqların cəmi 2,7%-ni təşkil etdə də, son 5 ildə sağlamlığı məhdud uşaqların sayında artım müşahidə olunur", - o deyib.

Komitə sədri həmçinin bildirib ki, küçə həyatı yaşayan uşaqların, xüsusilə də qaraçı uşaqların problemi həllini gözləyən məsələlərdəndir: "Qanunvericilikdə məişət zoralığından zərər çəkənlər üçün yardım mərkəzlərinin yaradılması nəzərdə tutulmalıdır. Hazırda ölkədə dövlətə məxsus yardım mərkəzi mövcud deyil. 10 qeyri-dövlət yardım mərkəzi var. Bunlardan da cəmi 2-si davamlı fəaliyyət göstərir". 

Son xəbərlər

Orphus sistemi