Bakı. 24 yanvar. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 26-da Göygöl şəhərində vətəndaşları qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qəbul saat 11:45-də Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçiriləcək. Qəbulda Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Qazax, Gədəbəy, Ağstafa, Tovuz, Samux, Daşkəsən, Şəmkir, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.