Hicran Hüseynova: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra problemlərlə üzləşir"

Hicran Hüseynova: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra problemlərlə üzləşir" Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan milli inkişaf strategiyasını qlobal Dayanıqlı İnkişaf Məqsədləri ilə eyniləşdirmək üçün səylər göstərir.
Sosial müdafiə
30 Oktyabr , 2018 15:29
Hicran Hüseynova: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra problemlərlə üzləşir
Hicran Hüseynova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Azərbaycan milli inkişaf strategiyasını qlobal Dayanıqlı İnkişaf Məqsədləri ilə eyniləşdirmək üçün səylər göstərir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətin gələcəyinin müsbətə doğru dəyişməsi üçün artıq bir neçə dövlət proqramı və strategiyası həyata keçirir: "Təhsilin inkişafı, qadın problemləri ilə bağlı dövlət proqramları, Milli Uşaq Strategiyasını bu siyahıya daxil etmək olar. Dövlət həmçinin səhiyyə sisteminin hamıya əlçatanlığını, hər bir vətəndaşa eyni səviyyədə göstərilməsini təmin etmək üçün bu sahəyə böyük diqqət ayırır".

H.Hüseynova bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bir sıra problemlərlə üzləşir: "Onlardan biri və davam edən Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı və bir milyon qaçqın və məcburi köçkünün olmasıdır. Digər isə bizim əlimizdə fərqli yaş və gender qrupları, regional və ətraf mühitin mühafizəsi barəsində kifayət qədər detallı informasiyanın olmamasıdır".

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün qadınların cəmiyyətin bütün sahələrində, həmçinin siyasi və iqtisadi sahələrdə aktiv iştirakı vacibdir.

Son xəbərlər

Orphus sistemi