Yuxarı

Hicran Hüseynova Ağcabədi rayonunda vətəndaşları qəbul edib

Qəbuldan öncə Ağcabədi rayonunun fəal qadınları ilə görüş keçirilib

Bakı. 10 aprel. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağcabədi rayonunda vətəndaşları qəbul edib. 

Komitədən "Report"a verilən məlumata görə, qəbulda Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın, Xocalı rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda 11 ailə öz problemləri ilə bağlı Komitə sədrinə müraciət edib. Vətəndaşları qəbul edən Hicran Hüseynova onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer alıb. Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Qeyd edək ki, qəbuldan öncə Ağcabədi rayonunun fəal qadınları ilə görüş keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi