“Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Sosial müdafiə
11 Aprel , 2023 17:32
“Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Heydər Əliyev və Azərbaycanda yeni sosial müdafiə sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Dəyirmi masada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, deputat Musa Quliyev, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri iştirak edib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Nazirliyin foyesindəki büstü qarşısına gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Dəyirmi masa Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun “Heydər Əliyev irsi – yeni sosial islahatlar” mövzusunda təqdimatı ilə başlayıb. Sahil Babayev, Musa Quliyev və Arif Rəhimzadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə etibarlı sosial müdafiə sisteminin qurulması və inkişafı sahəsində misilsiz tarixi xidmətlərini qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanın rəhbərliyinə qayıdışı ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi, sosial böhrandan xilas edib. Ulu Öndər tərəfindən Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi təmin olunub.

Ümumilikdə 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verib, sosial sahədə qanunvericilik bazası yaradılıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlar üçün bir sıra sosial müdafiə, o cümlədən mənzillə təminat tədbirlərinə başlanıb.

Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi tarixi uğurlar, 44 günlük Vətən müharibəsindəki möhtəşəm tarixi Zəfərimiz qeyd olunub. Ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edildiyi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişləndiyi, sosial sahədə innovativ həllərin geniş tətbiq edildiyi qeyd olunub.

Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi uğurlu sosial inkişaf strategiyasının vətəndaş rifahının təminatı istiqamətində qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracağı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi