​Heydər Əliyev Fondunun prezidenti: "Biz heç bir məktubu cavabsız qoymuruq"

​Heydər Əliyev Fondunun prezidenti: "Biz heç bir məktubu cavabsız qoymuruq" "Biz insanları eşitməyə və onların yanında olmağa çalışırıq"
Sosial müdafiə
2 Mart , 2016 05:06
​Heydər Əliyev Fondunun prezidenti: Biz heç bir məktubu cavabsız qoymuruq

Bakı. 2 март. REPORT.AZ/ "Biz minlərlə məktub alırıq və heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq".

"Report" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2015-ilin adamı” mükafatının təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Fondun bu illər ərzində əldə etdiyi ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub:

"Bilirsiniz, biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Biz bu prinsiplə işləmişik. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq".

Son xəbərlər

Orphus sistemi